RU

"Borussiya"dan ayrılır

style='margin-bottom:10px;'>

"Borussiya"nın müdafiəçisi Mats Hummels bu yay klubu tərk edəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Alman futbolçu klubdan azad agent kimi ayrılacaq. Onun müqaviləsi iyunun 30-da başa çatır.

Qeyd olunur ki, 35 yaşlı Hummels Avropa klublarından gələn təkliflərə üstünlük verəcək. O, artıq Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd edib.

Cari mövsümdə Hummels bütün yarışlarda 40 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini verib.

Избранный
141
12
teleqraf.com

10Источники