RU

İqtisadiyyatda nominal artımla real artımın fərqini bilməmək qədər savadsızlıq nümayiş etdirənlərə...

Turan informasiya agentliyi Azərbaycan iqtisadiyyatının son 5 ayda durumuna dair yazı dərc edib. Yazının başlığı belədir: “Azərbaycanda ÜDM 3% azalıb, Dövlət Statistika Komitəsi isə 4,2% artımdan danışır”. 
 
Bu yazının müəllifi yoxdur, yəni onu kimin hazırladığı bəlli deyil. Ancaq görünən budur ki, müəllifin iqtisadiyyatın əlifbasından belə xəbəri yoxdur. İqtisadiyyatda nöminal artımla real artımın arasındakı fərqin nədən ibarət olduğunu bilməyən bir şəxsin belə bir yazı yazması, onun iqtisadi biliyinin olmadığının göstəricisidir.
 
Bir ay öncə Turan informasiya agentliyi eyni qaydada cari ilin 4 ayının yekunlarını keçən ilin 4 ayının nəticələri ilə müqaisə edərək, belə bir iqtisadi savadsızlıq  nümayiş etdirmişdi. Həmin vaxt ölkədə iqtisadçı kimi tanınan bəzi şəxslər də bu məlumatı hay-küylə mətbuatda və sosial şəbəkələrdə şərh etmişdilər. Biz bu şərhlərə münasibət bildirdik və hər kəs yerinə oturdu və hətta facebook səhifələrində Turan informasiya agentliyinin yaydığı yalanın şərhinə dair statuslarını silənlər belə oldu.                
 
 
 
 
Görünən budur ki, Turan informasiya agentliyinin bütün bunlardan xəbəri yoxdur və bu səbəbdən də cəmiyyətə iqtisadi savadsızlığa söykənən yalanları tirajlamaqda davam edirlər.
 
Bəylər ayıbdi! Sadəcə ayıbdı! Belə yalanları tirajlayıb ucuz reytinq alveri etməkdənsə, gedin iqtisadi biliyinizi artırmaqla məşğul olun, bir qədər də beynəlxalq statistikanı öyrənin! Bunu etsəniz belə yalanlarla cəmiyyəti aldatmağa cürətiniz çatmayacaq!
 
Fikrət Yusifov
İqtisad elmləri doktoru, 
professor
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
moderator.az

1Источники