RU

4 ayda nikahlar azalıb, boşanmalar artıb

2024-cü ilin yanvar-aprelində 13 859 nikah halı qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% və ya  1206 nikah çoxdur. Bu barədə Dövlət Statistika Komutəsinin hesabatında qeyd olunub. 
 
4 ayda 6933 boşanma qeydə alınıb ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 boşanma çoxdur.
 
Əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

2023 cü ildə 21 min 688 boşanma halı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 35,7% çoxdur.
 
2022-ci ildə 15 min 983 boşanma, 61 min 939 nikah qeydə alınıb.
 
2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
anews.az

1Источники