RU

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək - SƏRƏNCAM

Bakı. Trend:

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olanŞuşa və Xocalı rayonlarının inzibati ərazilərində 450 hektar sahədəyerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət TəbiətYasaqlığının fəaliyyəti bərpa ediləcək.

Trende xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovmüvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiqetməli; yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı aymüddətində hazırlayıb Azərbaycan Respublikasının NazirlərKabinetinə təqdim etməli; yasaqlığın mühafizəsi və təbliği iləbağlı zəruri tədbirlər görməli, yasaqlıq ərazisində yerləşən təbiətkomplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başaçatdıqdan sonra bu barədə məlumatları Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyinə təqdim etməli, bu sərəncamdan irəli gələndigər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəligələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlərgörməlidirlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
38
az.trend.az

10Источники