RU

WhatsApp, yeni videozəng xüsusiyyətlərini təqdim edib!

     WhatsApp-ın yeni ekran paylaşma xüsusiyyəti ilə siz artıq zənglər zamanı videolarınızı dostlarınızla paylaşarkən eyni zamanda səsinizi də paylaşa bilərsiniz. WhatsApp, həmçinin videozənglərdə iştirak edənlərin say limitini 32 nəfərə qədər artırdığını açıqlayıb. Əvvəllər bu limit, maksimum 8 nəfərlə kifayətlənirdi. Digər yeni bir xüsusiyyət sayəsində isə artıq hər hans bir şəxs danışdığı zaman onun şəkli iştirakçılar siyahısında birinci görünür, yəni ön plana çıxarılır. Ona görə də kimin danışdığını müəyyən etmək artıq daha asan hala gəlir.     WhatsApp, həmçinin daha keyfiyyətli zənglər üçün bu yaxınlarda MLow codec-inə keçdiyini vurğulayıb. Səs-küy və əks-sədanın ləğvi xüsusiyyəti ilə səs-küylü mühitlərdə daha yaxşı səs keyfiyyəti təmin etməklə yanaşı, yeni codec, daha sürətli əlaqəyə malik istifadəçilərə daha yüksək ayırdetmə ilə zənglər etmək imkanını verir. WhatsApp, yeniləmənin yaxın bir neçə həftə ərzində əlçatan olacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
technote.az

1Источники