Zəngilan. Trend:
Zəngilanda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhvedilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat XidmətininBərdə regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarıDövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraqkeçirdikləri tədbirlərlə Şayıflı kəndində yabanı halda bitən 2 tonayaxın 2600 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.