RU

Ronaldoya çempion olmağın yolunu göstərdi: Bunu etsə...

Portuqaliya millisinin sabiq futbolçusu Rikardo Kuarejma Avropa çempionatının startı ərəfəsində Kriştiano Ronaldonun potensialından danışıb.

Publika.az xəbər verir ki, "Beşiktaş"ın sabiq ulduzu bir vaxtlar yığmada birgə çıxış etdiyi 39 yaşlı superulduz barədə bu sözləri deyib:

“Mən ondan həmişə etdiklərini gözləyirəm. O, komandaya liderlik etməli və Avropa çempionatı zamanı xoşagəlməz məqamlar olarsa, onu yanındakı digər görkəmli futbolçularla birlikdə həll etməyə çalışmalıdır.

Hər şeydən əvvəl o, özünü sübut edəcək, komandanı düzgün istiqamətə aparacaq biri olmalıdır. Onun nə qədər rəqabətədavamlı olduğunu hamımız bilirik və fikrimcə, bu, yəqin ki, onun oynayacağı sonuncu Avropa çempionatıdır və o, bundan maksimum həzz alacaq”.

Portuqaliya millisi Almaniyada keçiriləcək Avropa çempionatında Gürcüstan, Çexiya və Türkiyə yığmaları ilə eyni qrupda yarışacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
publika.az

1Источники