RU

Bu il 132-134 nömrəli Təhsil Kompleksindən 139 şagird məzun olur

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb.

Dahi rəhbər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayan direktor bildirib ki, Ümummilli Lider elmə, təhsilə daim xüsusi önəm verib, Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilir. Ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanlar yaradılıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız böyük Qələbənin əhəmiyyətindən bəhs edən S.Xanlarova bu Zəfərin tariximizin qəhrəmanlıq səhifələrinə yazıldığını söyləyib, gəncləri həmişə vətənpərvər olmağa çağırıb.

Direktor Təhsil Kompleksinin məzun və şagirdlərinin təhsildə, beynəlxalq tədbirlərdə qazandıqları nailiyyətlər haqqında da məlumat verib. Qeyd olunub ki, bu il Təhsil Kompleksini 139 şagird bitirir.

Tədbirdə Vətən müharibəsində 132-134 nömrəli Təhsil Kompleksinin üç qəhrəman məzun şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirəsi yad edilib.

Çıxış edən müəllimlər, valideynlər məzunlara uğurlar arzuladılar. Onlara olan etimadı, inamı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonra məzunların çıxışları dinlənilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

“Son zəng” tədbirində Təhsil Kompleksinin məzun şəhidlərinin valideynləri, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
azertag.az

1Источники