RU

"İnsan münasibətlərində onlayn söhbət və yazışmaların rolu çox olmamalıdır" - PSİXOLOQ İZAH ETDİ

"Texnologiyanın inkişafı insanların həyatına müsbət təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, amma texnologiyanın mənfi tərəfləri də çoxdur: "Texnologiya inkişaf etdikcə kompüter, telefon və sair texnoloji vasitələr daha da aktivləşdikcə, həyatımızda rol aldıqca biz insanlarla sosiallaşa bilmirik, daha çox uzaqlaşırıq.

Bəzən deyirlər ki, "biz normalda insanlarla ünsiyyətə girə bilmirik, amma telefon vasitəsilə bizə daha rahatdır". Əlbəttə ki, bu da vasitədir. Amma insanın canlı ünsiyyətinin yerini vermir. Ona görə də canlı ünsiyyət qura bilməyən insanların əksəriyyəti sosial ünsiyyətdən qaçır. Bu isə sonradan onlarda reallıqdan qaçma və real olmayan münasibət, duyğuların yaşanmasına səbəb olur.

Texnologiyanın insan münasibətlərində müsbət tərəfləri odur ki, insan oturduğu yerdə müxtəlif ölkələrlə danışa bilir, müxtəlif ölkələrdəki insanlarla münasibətə girə bilir, təlim ala bilir, dərs öyrənə bilir və sair. müsbət tərəflərini deyə bilərik. Amma insan münasibətlərində onlayn söhbət və yazışmaların rolu çox da olmamalıdır. Müsbət tərəfi daha əlçatan olmasıdır, daha tez əlaqə qura bilməyimizdir. Canlı ünsiyyətin isə tamamilə başqa müsbət tərəfləri vardır ki, onu, əlbəttə ki, heç nə əvəz edə bilmir".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
sia.az

1Источники