RU

Siyavuş Novruzov Gürcüstandan olan azərbaycanlı miqrantlara güzəşt olunmasını təklif edib

Çoxlu sayda Gürcüstanda yaşayan həmvətənlərimiz müraciət edir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır: “Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Belə çıxır ki, biz hansısa əcnəbiyə tətbiq etdiyimiz yanaşmanı azərbaycanlıya da tətbiq edək? Onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Избранный
83
7
ikisahil.az

8Источники