RU

Füzulidə Mirzə Uluqbəy adına məktəbdə son zəng (FOTO)

Füzuli. Trend:

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeydolunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsizqalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinəqucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün sonzəng sədaları eşidilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Mirzə Uluqbəy adınaFüzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng sədalarıeşidilib və bayram olaraq qeyd edilib.

465 nəfərin təhsil aldığı məktəbin 8 nəfər məzunu var. Son zənggünündə Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisiEldar Seyidov, Elm və Təhsil Nazirinin Müavini Firudin Qurbanov,Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivivə Füzuli şəhər sakinləri iştirak edib. Dövlət Himni səsləndirilibvə şəhidlərin xatirəsi sükutla anılıb.

Məzunların bayraq yürüşü ilə tədbirə start verilib.

Çıxış edənlər məktəb kolletkivini təbrik edib onlara uğurlararzu ediblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu parlaq qələbə ilətorpaqlarımızı işğaldan azad edib. Ölkə rəhbərinin diqqət qayğısısayəsində işğaldan azad olunan digər rayonlarımız kimi Qarabağındilbər güşələrindən olan Füzuli torpaqlarında​ da həyat canlamağabaşlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavangünlərinin başlanğıcıdır. Vurğulanıb ki, həyatın canlandığıFüzulidə təhsil ocaqlarının sayı daha da çoxalacaq.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev, birinci xanım Mehriban Əliyeva və ÖzbəkistanRespublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı ZiroatxonMirziyoyevanın açılışını etdikləri​ Mirzə Uluqbəy adına 1 nömrəlitam orta məktəb türk dünyasının qardaşlıq rəmzlərindən birisayılır. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilərsəsləndirilib, və milli geyimdə olan şagirdlərin rəqs nümunələriizlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirərəng qatıblar. Daha sonra son zəng səsləndirilib məktəbin simvolikaçarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günübayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.

Qeyd edək ki, Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə sonzəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-ayaxın Füzulidən olan şagird son məzunlar olublar. 1993-cü ildəFüzuli ərazisi erməni hərbi birləşmələri tərəfindən mütamadi olaraqatəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il Füzulidə sonzəng qeyd edilməyib.

Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Füzulidə
Məqalədə:
Избранный
127
11
az.trend.az

10Источники