RU

Daha bir təhsil ocağında “Son zəng” tədbiri keçirilib

Daha

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakı şəhəri Nizami rayonunda yerləşən Zəngi liseyində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, lisey 2023-2024-ci tədris ilində bir çox uğurlar əldə edib. Liseyin onlarca şagirdi respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda qalib olub.

Lisey üzrə bu il 56 şagird məzun olub. Təhsil ocağının bir çox şagirdləri ali məktəblərə yüksək balla qəbul olublar.

Tədbirdə tədris ilində uğurlu nəticələr göstərən şagirdlərə sertifikatlar təqdim edilib.

Rəsmi hissədən sonra liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Daha sonra duyğulu anların yaşandığı “Son zəng” çalınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
azertag.az

1Источники