RU

“Qarabağ” Kadini, Kadi də “Qarabağ”ı arzulayır

“Qarabağ” “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borqesi qaytarmaqda qərarlıdı. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu bununla bağlı artıq əməli addım atıb. Belə ki, Ağdam təmsilçisi “Krasnodar” rəhbərliyinə rəsmi təklif göndərib. Hazırda klublar arasında danışıqların getdiyi bildirilib. Hətta Kadi özü də “Qarabağ”a qayıtmaq fikrindədi. 28 yaşlı braziliyalı vinger bu istəyini Rusiya komandasının baş məşqçisi Murad Musayevə də çatdırıb. Qeyd edək ki, Kadi Borqes “Krasnodar”a ötən ilin yanvarında “Qarabağ”dan keçib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
matc.az

1Источники