RU

Açılış oyununu izləmək üçün 1600 kilometr qət etdi

Şotlandiyalı azarkeş Kreyq Ferqyuson Avropa çempionatının açılış matçını izləmək üçün Qlazqo şəhərindən Münhenə piyada 42 gün yol qət edib. Sport24.az  xarici KİV-ə istinadən xəbər verir ki, Ferqyuson ümumilikdə 1600 kilometr yol gedib.
 
Kreyq Almaniyada həmvətənləri tərəfindən su və şampanla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə video da yayılıb.
 
Qeyd edək ki, Avropa çempionatının açılış matçında Almaniya Şotlandiya ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
1
sport24.az

2Источники