RU

Paşinyan Lukaşenkonu "hədəf" ALDI: Ermənistan - Belarus müharibəsi başlayır? - AÇIQLAMA

Paşinyan Lukaşenkonu "hədəf" ALDI: Ermənistan - Belarus müharibəsi başlayır? - AÇIQLAMA

Ermənistan baş naziri Nikol Paşinyan Belarusa Lukaşenko prezident olduğu müddət ərzində bir də səfər etməyəcəyini deyib. Eyni zamanda, Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb. Buna səbəb kimi Belarusun 44 günlük müharibəyə hazırlıqda Azərbaycana dəstək olmasını göstərilib. Paşinyan bəyanatları ilə Belarus prezidenti Aleksandr Lukaşenkonu "hədəf" alıb.

İki ölkə arasında gərginliyin artması Ermənistan-Belarus müharibəsinə gətirib çıxara bilər? Mövzunu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Nikol Paşinyan qərbə xoş gəlmək üçün Belarus hökumətini, şəxsən Aleksandr Lukaşenkonu hədəfə alır:

"Biz çox yaxşı bilirik ki, Qərb və Lukaşenko arasında uzun müddətdir münasibətlər heç də yaxşı deyil. Hər iki tərəf bir-birinə qarşı sərt ittihamlar irəli sürür. Hətta Qərb Belarusa qarşı bir çox sanksiyalar tətbiq edir. Belarus hökuməti qərbin diqtə etdiyi şərtlər ilə ölkəsini idarə etmir. Buna görə də Belarus hökuməti qərbdə sevilməyən fiqurlardan biri halına gəlmişdir. Biz çox yaxşı bilirik ki, kifayət qədər müstəqil siyasət həyata keçirməyə çalışan Lukaşenko hər zaman Azərbaycanla yaxşı münasibətlər qurmuşdur. Bu münasibətlər ulu öndər dövründən etibarən inkişaf edir. Belarus dövlətinin Ermənistanla son illər münasibəti yaxşı olub".

Politoloqun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər soyuqlaşdı:

"Müharibə dövründə Ermənistan qoşulduğu KTMT üzvləri daxil olmaqla, hamı bilirdi ki, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib. Azərbaycan əsla Ermənistanı hədəf almır. Azərbaycan sadəcə olaraq işğal olunmuş ərazisi olan Qarabağda hərbi əməliyyatlar keçirir. Belə olan təqdirdə KTMT üzvləri Ermənistanın tələbi ilə Azərbaycana müharibə etmədi. Bunu Lukaşenko və digər üzvlər yaxşı bilirdi. Belarusun Azərbaycana müharibə zamanı xüsusi köməyi olmadı. Sadəcə olaraq iki ölkə arasında müsbət əlaqələr var idi. Bu əlaqələr müharibə dövründə davam etdi. Ermənistanın haqsız tələbinə, Belarus hökuməti haqlı olaraq qarşı çıxdı. Ermənistan bunu manipulyativ şəkildə istifadə edərək, qərbə yaranma parçası halına gətirir".

Kazım Kazımov iki ölkə arasında müharibənin başlanması məsələsinə münasibət bildirib:

"Açığı Ermənistanın Belarus ilə müharibə edəcək nə resursu, nə də hərbi gücü var. O cümlədən başqa vasitələri belə yoxdur. Çünki Ermənistan ordusunun Belarusa müdaxilə edəcək hərbi hava qüvvəsi yaxud başqa növ silahlı qüvvələri mövcud deyil. İkincisi isə Ermənistan iqtisadiyyatı bu gün böhran vəziyyətindədir. Böhran vəziyyətdə olan bir iqtisadiyyat ilə nəinki müharibə, Belarusa qarşı kiçik bir sanksiya belə edə bilməz".

Sevda Səfərova

Избранный
154
sonxeber.az

1Источники