RU

Nazir: Qarabağ Universitetində müəllimlərin maaşı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq

Çalışırıq ki, savadlı, istedadlı, bacarıqlı tələbələrimiz Qarabağ Universitetinə cəlb edilsin.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz bir yerdə Qarabağ Universitetini quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur. Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək" - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
25
apa.az

10Источники