RU

Dahi Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdi

Tarixi Zəfərimiz 15 – iyun Qurtuluş gününün birbaşa nəticəsidir.

Bunu  Milli Məclisin deputat, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, hər hansı bir sıradan təqvim gününün tarixə çevrilməsi və bir millətin dövlətçilik tarixinə əbədi olaraq yazılması heç şübhəsiz ki, tarixi şəxsiyyət və onun fəaliyyəti ilə bağlıdır: “1993-cü ilə qədər sıradan təqvim günü hesab etdiyimiz 15 iyun böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın tarixində mühüm bir hadisəyə çevrildi. Əslində bu tarixin mahiyyəti daha çox “qurtuluş” anlayışı və fəlsəfəsi ilə bağlıdır. Çünki 15 iyun Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilməsindən daha çox gənc Azərbaycan dövlətinin vətəndaş müharibəsindən, xaosdan, etnik və regional separatçılıqdan qurtulduğu tarixinin başlanğıcı idi. Əgər bu günün reallıqlarından geriyə dönüb 15 iyundan başlayan həqiqi müstəqillik dövrü tariximizi analiz etməyə çalışsaq, bu dövrü üç sosial-siyasi paradiqma ilə düsturlaşdıra bilərik. Yəni qurtuluş fəlsəfəsi + müstəqil dövlətçilik ideyası + adaptiv siyasi varislilik = tarixi zəfərimiz. Göründüyü kimi bu paradiqmativ komponentlər komplementardır. Yəni vahid tamın subkomponentləri olmaqla biri digərini tamamlayır. Nəticə isə 44 günlük müharibə və tarixi zəfərimizdir. Dolayısı ilə böyük siyasi düha sahibi Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas edərək müstəqil dövlətçilik ənənələrinə qovuşdurması 2003-cü ildən sonra onun siyasi irsinin beynəlxalq münasibətlər sisteminə innovativ adaptasiyası nəticəsində Azərbaycan dövlətçiliyini yeni tarixi mərhələyə daşıya bildi. Yəni Prezident İlham Əliyev yeni dünya nizamının çağırışları və reallıqları ilə Heydər Əliyevin bizə miras qoyduğu siyasi və dövlətçilik irisini uzlaşdıraraq dövlətçilik tariximizdə tamamilə yeni bir mərhələ yarada bildi. Nəticədə Azərbaycan dövləti 44 günlük müharibədən sonra tarixi Zəfərə qovuşduğu kimi 23 saatlıq antiterror əməliyyatından sonra da 200 ildən çox davam edən bir tarixi dövrü qapatdı. Yəni həm ərazi bütövlüyünü, həm də öz ərazisinin hər qarışında suveren hüquqlarını bərpa etdi”.

Hikmət Babaoğlu qeyd edib ki, son 200 illik tarixində Azərbaycan dövləti öz inkişaf tarixinin tamamilə yeni mərhələsini, yeni səhifəsini aça bildi: “Bu səhifə bundan sonrakı tariximizdə daha güclü və daha böyük Azərbaycan vəd edən qüdrətli, bütöv milli dövlətçilik mərhələsidir”.

Избранный
90
xalq.az

1Источники