Bakı, 14 iyun, AZƏRTAC
Bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 20-dən artıq məktəb tikilmək mərhələsindədir. Nazir növbəti mərhələlərdə köç planına uyğun olaraq həmin məktəblərin də açılışının nəzərdə tutulduğunu söyləyib.