RU

Ermənistanda ciddi siyasi böhran var - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Hazırda Ermənistanda baş verən proseslərdən açıq aydın görünürki, ölkədə ciddi siyasi böhran var. Baş nazir Nikol Paşinyanhadisələrə nəzarət edə bilmir.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nındirektor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son günlər Nikol Paşinyan davamlı olaraqsülh mesajları verirdi, hətta sülh müqaviləsi imzalanana kimiAzərbaycanla kommunikasiyaların açılmasının mümkünlüyünübildirirdi.

"Amma artıq iki gündür ki, Naxçıvanda mövqelərimizin davamlıatəşə tutulması bir daha sübut etdi ki, Paşinyan sülhbəyanatlarında ya səmimi deyil, ya da Ermənistan ordusuna nəzarətiitirib. Məlum məsələdir ki, Ermənistan ordusunda da revanşist vəseparatçı qüvvələr var. Onlar Azərbaycana qarşı hərbi təxribatlartörətməklə sülhə mane olmağa çalışırlar.

Görünən odur ki, həm iştirakçı qüvvələr, həm də ordudakırevanşistlər xarici dairələrin diqtəsi ilə hərəkət edir və buErmənistanı daha böyük faciələrə sürükləyir. Xüsusilə də,Paşinyanın KTMT-dən çıxmaq istəyi, Fransa hərbi kontingentininErmənistana gətirilməsi cəhdləri Cənubi Qafqazda yeni təhlükələrəyol aça bilər. Sirr deyil ki, Qərb bölgəmizdə yeni münaqişəyaratmağa çalışır. Amma hesab edirəm ki, bölgə ölkələri, xüsusilədünyada öz mövqeyini qətiyyətlə diqtə edən qüdrətli Azərbaycan buplanları pozacaq", - deyə S.Kərimli qeyd edib.

Verilişin geniş versiyasını təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
3
az.trend.az

3Источники