RU

Hamı getdi, quş gətirdi, bunlar isə Santuş

“Hamı getdi, quş gətirdi, Şahqulu bayquş gətirdi” - bu atalar məsələni bir dəfə - 2019-cu ilin fevralında xorvatiyalı Nikola Yurçevic bizim milli komandaya baş məşqçi təyin olunanda öz sujetimdə yada salmışdım. Bu dəfə isə Şahqulu – yəni, AFFA bayquş gətirməyib, Santuş gətirib. Adlı-sanlı, 2016-cı ilin Avropa çempionu Fernando Santuşu. Gözlənilməz, təəccüblü seçimdir. Zatən, AFFA-nın üzü rəhmətlik Ramiz Mirzəyevdən bəri bütün rəhbərlərinin dövründə milli ilə bağlı təəəcüb doğuran qərarları çox olub.
Əvvəla, AFFA baş məşqçi seçimində xeyli yubandı. Dekabrda baş məşqçi seçmək üçün AFFA-da yaradılan İşçi Qrupu demək olar hec bir işə yaramadı. Aprelin 2-də assosasiyadakı rəhbər dəyişikliyindın sonra isə 2 aydan artıq baş məşqçi axtarıldı. Nəhayət, Rövşən Nəcəfin AFFA prezidenti seçilməsinin düz 70-ci günü tamamlanarkən, bu məsələyə nöqtə qoyuldu. AFFA-nin yeni prezidentinin fəaliyyətinin 70-ci günündə komanda 70 yaşlı Fernando Santuşa tapşırıldı. Portuqaliyalı Azərbaycan millisinin 32 illik tarixi ərzində ən qoca baş məşqçi oldu. Ələkbər Məmmədov baş məşqçi olarkən 63, Əhməd Əlsəgərov 64, Berti Fotqs 62, Karlos Alberto Torres isə 60 yaşında idi. Əlbəttə, normalda gələnə “xoş gədin” deyərlər. Amma AFFA uzun illər ağzımızı necə yandırıbsa, “Bəyin oğurlanması”nda deyildiyi kimi, durub qara toğlunu İsrafilin qonaqları üçün kəsməyə həvəsimiz yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
87
sportinfo.az

1Источники