Şabran rayonunda oğurluq hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, oğrular rayonun Gəndob kənd poçtunu soyublar.
Kənd sakinləri Sitat.info-ya bildiriblər ki, gecə saatlarında poçta daxil olan şəxslər seyfdən təxminən 3000 AZN-lik "Poz-qazan" biletlərini oğurlayıblar.
Sakinlərin sözlərinə görə ki, polis hadisə ilə bağlı tədbirlər görür.
Məlumatı dəqiqləşdirmək üçün DİN-ə də sorğu göndərdik, açıqlama əlavə olunacaq.
Məğrur,
Sitat.info