RU

Azərbaycan-Türkiyə münasibətləri strateji hədəflərə doğru birgə addımlayır ŞƏRH

15 iyun tarixi Azərbaycan dövləti üçün bağlangıclar nöqtəsidir. Qurtuluş günündən başlayan Zəfər tarixi bu gün Qarabağda Böyük Qayıdışla davam edir. Dünyanın mürəkkəb siyasi müvazinətləri içərisində Azərbaycan dövləti xarici siyasət strategiyasını elə qurub ki, Qərb və Şərq dövlətləri, türk və qeyri-türk dövlətləri, İslam və qeyri-İslam dövlətləri arasında dəngələri qoruya bilir.

“Bir millət, iki dövlət” adlandırılan qardaş Türkiyə və Azərbaycan dövlətlərinin dövlət maraqları, milli mənafeləri, strateji hədəfləri yaxın olduğundan siyasi müstəvidə müvazinətləri müəyyən edərkən Türk dünyasının birliyi məsələsini önə çəkirlər. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə təkcə iki dövlət arasındakı strateji hədəfləri deyil, eyni zamanda Türk dünyasının gələcək təşkilatlanmasını hədəf alıb desək yanılmarıq. Qarşılıqlı dəstək fonunda bir çox məsələlərdə iki dövlətin bir amal uğruna fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin dövründən neft strategiyasının həyata keçirilməsi ilə başlamışdır. Bu gün isə artıq strateji hədəflər şaxələnir.

Bəyannamədə qeyd edilir ki, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

44 günlük müharibədə yüksək səviyyədə siyasi dəstək verən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikası ilə postmüharibə dövründə əməkdaşlığı şaxələndirmək xarici siyasətində vəzifə kimi durur. Bəyannamədə yeni məqamlar vardır. Onladan ən mühümü hərbi cəhətdən əməkdaşlığı daha üst səviyyədə etməkdir. Beləki, Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi bəyannamədə yüksək qiymətləndirilir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklərini vurğulayırlar. Bəyannamədə yazılır: “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.”

Bəyannamənin məhz Qurtuluş günündə imzalanması təsadüfü deyil. Bu, Ulu öndər Heydər Əliyevin ideyalarının zəfər çaldığına dəlalət edən subliminal mesajdır.

Ali Baş Komandan cənab İlham Əliyevin “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi özünü bu bəyannamə ilə növbəti dəfə təsdiq edir. Çünki Şuşa bəyannaməsi regionun təhlükəsizliyinin təminatı üçün mühüm beynəlxalq sənəddir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov ad. Tarix və Etnologiya

İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
sesqazeti.az

1Источники