RU

"Neftçi"nin maraq göstərdiyi oyunçu klubundan ayrılacaq

"Sabah"ın sabiq legioneri Aleksey Kaşuk "Şaxtyor"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti artırılmayacaq.

Kaşuk iyulun 1-dən azad agent statusuna yiyələnəcək.

Başa çatan mövsümdə Kaşuk "Şaxtyor"da 12 matçda 4 qol vurub və 1 asist edib.

Ukraynalı 2022/2023 mövsümündə "Sabah"da oynayıb.

Избранный
171
sportinfo.az

1Источники