RU

Husilər daha bir gəmini vurdular

İyunun 14-də Yəmənin husi üsyançıları Ədən körfəzində quru yük gəmisini raketlərlə vura biliblər. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Palau bayrağı altında üzən “Verbena” quru yük gəmisi atəşə tutulub. Amerika komandanlığının məlumatına görə, gəminin operatoru polşalı, sahibi isə ukraynalıdır. Gəmi tikinti materialları yükü ilə İtaliyaya yollanırdı.

“İranın dəstəklədiyi husilər bu gün Ədən körfəzinə iki gəmi əleyhinə qanadlı raket atıb. Hər iki raket “Verbena” gəmisinə düşüb”, – CENTCOM X sosial şəbəkəsində yazıb.

Verbenanın ekipajı gəminin zədələndiyini və göyərtəsində yanğının baş verdiyini bildirib. Atışma zamanı dənizçilərdən biri yaralanıb.

CENTCOM daha sonra göndərdiyi mesajda gəminin 24 saat ərzində ikinci dəfə atəşə tutulduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, son 24 saat ərzində ABŞ qüvvələri Yəməndə hava hücumundan müdafiə sensorunu, uzaqdan idarə olunan sualtı qurğunu və Qırmızı dənizdə iki patrul gəmisini, həmçinin Yəməndən atılan pilotsuz təyyarəni məhv edib.

CENTCOM iyunun 13-nə keçən gecə husilərin Qırmızı dənizdə Yunanıstanın “Tutor” ticarət gəmisinə hücum etdiyini və ona ciddi ziyan vurduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
veteninfo.az

1Источники