RU

“Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasına başlanılıb

“Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”  adlı layihənin icrasına başlamışdır.

Azərbaycan Respublikası  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi  kiçik qrant hesabına  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi   “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”   adlı layihənin icrasına başlamışdır. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz  qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.   

Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var.   

Dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə  universitetlərimiz  rəqabət qabiliyyətli  deyil v.s. kimi məsələlər müzakirə ediləcəkdir.  Layihə rəhbəri  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyinin təsisçisi, təhsil eksperti,  dosent İlham Əhmədovdur.

Ölkənin bir neçə   universitetində  belə təbdbirlərin  təşkili nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
bakivaxti.az

1Источники