RU

`Bahar Enerji` Əməliyyat Şirkətində itirən tək işçilər deyil... - HƏM DƏ DÖVLƏTİMİZDİR!

`Bahar"`Bahar Enerji` Əməliyyat Şirkətində (BEƏŞ) anarxiya baş alib gedir..." Dia-az.İnfo bildirir ki, bu barədə narazı işçilərin müraciətində qeyd olunur.Üzləşdikləri haqsızlıqdan, şahidi olduqları özbaşınalıqdan usanan çalışanlar yazır: "işcilərin huquqlari kobud şəkildə pozulur. Maaşlarımız vaxtında verilmir, 10 ilə yaxındır ki 1 ayın maaşı 3 dəfəyə veriıir. İndiyə qədər kəsilmiş maaşlarımız qaytarılmayıb. 4 il bundan qabaq bizi məcbur etdilər ki, 20 faiz maaşlarımız kəsilsin, lakin buna baxmayaraq həmin maaşlarımız indiyənə qədər bərpa olunmayıb.İşlər belə davam edərsə, təhlukəsizliymizi təmin etmək üçün müvafiq dövlət orqanlarından kömək istəyəcəyik. Dəfələrlə şirkətin prezdentinə müraciət etməyimizə baxmayaraq şikayətimiz təmin olunmayıb. Hər dəfə "pulumuz yoxdur" deyib, işçiləri yola veriblər...Xatırlatmaq istəyirik ki, BEƏŞ bu idarəni alarkən qarşısına götürdüyü öhdəliklərin heç birinə əməl etməyib, əksinə neft şirkətindən idarəyə miras qalmış quyuları istismar edib, bizim dövlət neft şirkətinə satır.Sizdən xahiş edirik... burda işləyən işçilerin hüquqlarını və təhlükəsizliyini, o cümlədən də dövlətin mənafeyini müdafiə edəsiniz..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
yenisoz.az

1Источники