RU

"Hamilə qadınlara deyə bilmərik ki, ged evində otur" - MÜNASİBƏT BİLDİRİLDİ

“Ana olmaq, uşaq dünyaya gətirmək müqəddəs missiya, gözəl hisdir. Evlənənlərin sayının azaldığı, gənc qadınların ana olmağa bir o qədər də həvəs göstərmədiyi müasir dövrdə bu missiyanı təbliğ etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, qadının bəzəyi onun abrı, ismətidir: “Amma düşünmürəm ki, hansısa hamilə qadın ictimaiyyət arasına çıxmaqla hansısa ciddi qəbahətə yol vermiş olur. Hamiləlik 9 ay çəkir. Xüsusilə, son 4-5 ayda qadının hamilə olduğu daha çox diqqəti çəkir. Biz hamilə qadınlara deyə bilmərik ki, ged evində otur. Onlar işləyirlər, ailə, cəmiyyət qarşısında müəyyən vəzifələr icra edirlər. Hamilə qadınları cəmiyyətdən tamamilə təcrid etmək mümkün deyil.

Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi xanımlar, xüsusilə, şou nümayəndələri hamiləlik dövründən sui-istifadə edirlər. Onlar yeri gəldi-gəlmədi özlərini gözə soxub, hətta yarıçılpaq şəkillər çəkdirməkdən usanmırlar. Ola bilsin ki, bu, Rihanna üçün normaldır. O, fərqli mədəniyyətin daşıyıcısıdır, fərqli cəmiyyətdə yaşayır. Amma "Fatmanisə"nin iri qarnının çılpaq şəklini çəkib gündə 5 dəfə sosial şəbəkədə paylaşması anormaldır. Bu ölkədə mental dəyərləri nəzərə almadan yaşamaq mümkün deyil. Mental dəyərlərə arxa çevirənlər isə gec-tez cəmiyyətin qınaq obyektinə çevrilirlər”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
sia.az

1Источники