RU

Universam şirkəti ləğv edilir, əmlakı bölünür, səhmləri dövriyyədən çıxarılır

Rəsmi mətbuatda "Ləğvetmə prosesində olan “Gəncə Universam” QSC səhmdarlarının nəzərinə!" başlıqlı elan dərc olunub.

Qeyd edilib ki, 31 iyul 2024-cü il saat 10.00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.

2. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.

3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.

4. Digər məsələlər.

Ümumi yığıncaq Gəncə şəhəri, H.Əliyev prospekti 149 nömrəli ünvanda keçiriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
marja.az

1Источники