RU

"İnsanlar adi çörəyi belə tapa bilmirdilər" - Deputat

"15 iyun Azərbaycan xalqının faciələrdən, dağılmaqdan, müstəqilliyini itirməkdən, məhv olmaqda xilas günüdür".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasıbu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycanın müasir müstəqillik tarixini bir neçə mərhələyə bölsək həmin dövrü tarixin ən ağır günlərindən biri kimi xarakterizə edilməlidir:

“Həmin ağır gündə bütün Azərbaycan xalqının gözü Naxçıvana, Ulu Öndərə dikilmişdi. Çünki ermənilərin məqsədi bütövlükdə Azərbaycanı işğal etmək idi. Azərbaycanı yalnız Ulu Öndər xilas edə bilərdi. Heydər Əliyev həyatını riskə ataraq ölkəmizi bütün müsibət və faciələrdən xilas etdi. Təəssüf ki, həmin dövrü xatırlayarkən bəzi insanlar çətin vaxtları unudurlar. Halbuki insanlar adi çörəyi belə tapa bilmirdilər. Həmin günlərdən bu günə gəlib çıxmışıq. Bugünkü qələbəmizin və zəfərimizin təməli elə həmin vaxtdan qoyulub”.

Anar Kəlbiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
50
unikal.az

10Источники