RU

Ali Məhkəmə xəstələrə əzab verən şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə "Nyu Layf" Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə əzab verməkdə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əliyev 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

 

Qeyd: "Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib.

 

İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

 

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri - H.Məmmədovun ölümünə səbəb olublar.

 

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

 

Kamal Məmmədov

Tarix: 14 İyun 2024, 09:12   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
pravda.az

1Источники