RU

Şahramanyan Paşinyana qarşı çıxdı: “Artsax” məsələsi hələki bağlanmayıb"

Paşinyan höküməti tərəfindən incidilmiş eks “artsax” prezidenti də etiraz mitinqlərinə qoşulub.

Beləki, bu ayın əvvəlində ləğv olunmuş keçmiş qondarma separatçı qurumun keçmiş başçısı Samvel Şahramanyanın “xidməti maşını” sayılan avtomobil Ermənistanda müsadirə edildi. Hüquq-mühafizə orqanı əməkdaşları heç bir vəzifə daşımayan Şahramanyanın mövcud olmayan bir qurumun qondarma nömrəsi ilə “xidməti maşın”dan istifadə etməsini qanunlara hörmətsizlik kimi qəbul etdilər və avtomobili ərazidən evakuatorla apardılar.
S. Şahramanyan iç üzü bundan sonra açıldı. “Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstyanı dəstəklədiyini 9 iyun mitinqinə qatılmaqla dəstəkləməsi Paşinyan hakimiyyətinə nifrətini püskürmək üçün fürsət oldu.

Adalet.az xəbər verir ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağın “elitası” 2 saata Bakıya təslim oldu” fikri separatçı Şahramanyanı ,həddindən artıq qəzəbləndirib.
O, etiraz mitinqlərinə dəstək nümayiş etdirməklə bərabər, baş nazirin yalan danışdığını bildirib:
“Biz hər cür toqquşma və zorakılığı pisləyirik. Polis qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməli və vəziyyəti ayıq şəkildə qiymətləndirməlidir. Palamentdə səslənən bəyanatlara gəlincə, mən yaxın vaxtlarda ictimaiyyət qarşısında çıxış edəcəyəm. Camaat həqiqəti öyrənəcək. Orada səslənən fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur”.
İtirdiyi yumşaq kreslonun ağrı-acısını unuda bilməyən separtçı və əldəqayırma “prezident” çərənləməyi də unutmayıb: “Milyardlarla silahı geridə qoymağımıza gəlincə, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilməlidir. Artsax ordusu son günə qədər Ermənistan hökumətinə tabe olub və Müdafiə Nazirliyinin ərazi bölməsinə çevrilib”, - Samvel Şahramanyan bildirib.

Samvel Şahramanyan onu da bildirib ki, “artsax”məsələsi hələki bağlanmayıb: “Artsax ermənilərinin məsələsinin ədalətli həllinə imkan verəcək mexanizmlər tapmaq lazımdır”.
Separatçı erməni Samvel Şahramanyanı qəzəbləndirən Paşinyanın məlum açıqlamasını oxucularımıza xatırladırıq:” Qarabağın klerikal-feodal elitası Azərbaycana milyardlarla dəyərində hərbi texnika və sursat olan arsenal verdi.
Nəticədə bu insanlar cəmi iki saat ərzində təslim oldu (2023-cü ilin sentyabr döyüşləri nəzərdə tutulur - red.). Nəinki iki saat ərzində təslim oldular, həm də Azərbaycana milyardlarla dollarlıq silahı işlək vəziyyətdə, döyüş sursatı ilə birlikdə təhvil verdilər”.
Qeyd edək ki, Paşinyan açıqlamasında təslim olmaq və silahların təhvil verilməsi qərarını kimin verdiyini dəqiqləşdirmədiyini deyib. Amma baş nazir Qarabağ Azərbaycanın bir hissəsi olduğunu növbəti dəfə təsdiq edərək: Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur”


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
adalet.az

1Источники