RU

Safura övladlarının Mustafa Sandalla birgə çəkilən FOTOLARINI paylaşdı 

2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə övladı İsgəndərlə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi övladının İstanbulda ibtidai sinfi bitirməsi münasibəti ilə keçirilən təbdirdən çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Müğənninin uşaqlarının yer aldığı tədbirə Türkiyənin pop ulduzu Mustafa Sandal da qoşulub.

Safuranın yayımladığı şəkillər arasında İsgəndər və qızı Aişənin Mustafa Sandalla bərabər görüntüsü də yer alıb. Müğənni fotoya “Səninlə fəxr edirəm və səni çox sevirəm” sözlərini yazıb. 
Qeyd edək ki, Safura Əlizadə Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Fərhad sabiq sənaye və energetika naziri Natiq Əliyevin oğludur. Cütlük övladları ilə birgə uzun müddətdir ki, Türkiyənin İstanbul şəhərində yaşayır. 














Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
bizim.media

1Источники