RU

“Leypsiq”də yeni müqavilə

“Leypsiq” Benjamin Şeşkonu satmaqdan imtina edib. Bir çox klubun hədəfində olan gənc hücumçu Bundesliqa təmsilçisində qalacaq.

Futbolinfo.az xəbər verir ki, “Leypsiq”in ötən yay “Zalsburq”dan 24 milyon avroya aldığı 21 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlanmışdı. Bundesliqada 31 oyuna 14 qol vuran sloveniyalı “Milan” başda olmaqla, bir çox klubun radarında idi.

Amma dünən Almaniya klubu onun maaşını artıraraq müqavilə müddətini 2029-cu ilin yayınadək uzatmağa nail oldu. Bu o deməkdir ki, Şeşko ən azı növbəti mövsümü də “Leypsiq”də keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
futbolinfo.az

1Источники