RU

Orban: Avropa Məhkəməsinin Budapeşti 200 milyon avro məbləğində cərimə etməsi yolverilməzdir

Orban:

Budapeşt, 14 iyun, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Lüksemburqda Avropa İttifaqı (Aİ) Məhkəməsinin onun ölkəsinə 200 milyon avro cərimə tətbiq etmək qərarını çirkin və qəbuledilməz adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Orban öz feysbuk səhifəsində yazıb.

“Avropa Məhkəməsinin bugünkü qərarına əsasən, Macarıstan qanunsuz miqrantları ölkəyə buraxmadığına görə 200 milyon avro və gün ərzində 1 milyon avro məbləğində cərimə olunacaq. Bu qərar çirkin və yolverilməzdir!” – qeyddə deyilir.

“Euronews”un yaydığı xəbərə görə, Avropa Məhkəməsi Macarıstanın üzərinə miqrasiya sahəsindəki məhdudiyyətlərə görə birdəfəlik 200 milyon avro ödəmək məhdudiyyəti qoyub.

Ölkə, həmçinin cərimənin gecikdirildiyi hər gün üçün 1 milyon avro ödəməli olacaq. Bu pul vəsaiti, analoji hüquqi problemlər səbəbindən bir hissəsi dondurulmuş Aİ büdcəsinin Macarıstana ayrılmış payından avtomatik olaraq çıxılacaq.

Məhkəmənin press-relizində isə deyilir ki, öhdəliklərin yerinə yetirilməməsi Aİ qanunvericiliyinin misli görünməmiş və olduqca ciddi şəkildə pozulması deməkdir.

Mübahisə 2020-ci ilin dekabrında, məhkəmə ilk dəfə Macarıstanın Baş nazir Viktor Orbanın rəhbərliyi altında ölkədə beynəlxalq müdafiə axtaranlar üçün sığınacaq prosedurlarının məhdudlaşdırılmasına qərar verildiyi vaxtdan başlayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
azertag.az

1Источники