RU

Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır

“Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca tanınmış məşqçidir”.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Santuşun təqdimat mərasimində deyib.

Qurum rəsmisi portuqaliyalının karyerası barədə məlumat verib: “Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı dünya çempionatına çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olmuşdu”.

Qurum rəsmisi 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: “Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq. Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görəcək ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi, Santuşla bir-birimizə inam var. Danışıqlar prosesində onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivdə müsbət nəticə əldə olunacaq. Hər birimizə uğurlar arzulayıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
yeniazerbaycan.com

1Источники