RU

Xocalı canisi olan general deputatın avtomobili parlament binasına buraxılmadı...

Ermənistan parlament binasının təhlükəsizliyini təmin edən qurum iyunun 13-dən hakimiyyətə müxalif deputatların binaya Dəmirçyan küçəsindən girişini qadağan edən qərar qəbul edib. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
Amma hakim “Vətəndaş sazişi” partiyası fraksiyasının deputatlarına, onların ekspertlərinə və köməkçilərinə belə bir  icazə verilir. Nəşr qeyd edir ki, Baqramyan küçəsindəki girişindən fərqli olaraq Dəmirçyan küçəsindəki girişdən parlament binasının ərazisinə avtomobillə daxil olmaq mümkündür. Söhbət təbii ki, belə hüquqa malik olan şəxslərdən gedir: komitə sədrləri, fraksiya rəhbərləri və başqaları.
 
Erməni nəşrinin yazdığına görə,  Xocalı canisi, 1992-ci ildə Rusiyanın 366-cı alayının batalyon kamandiri kimi Xocalı sakinlərinə qarşı soyqırımında bilavasitə fəal iştirak etmiş Ermənistanın keçmiş müdafiə naziri dünən – iyunun 13-də Seyran Ohanyan maşınla Dəmirçyan küçəsindəki girişdən parlamentə daxil olmaq istəsə də, “onu içəri buraxmayıblar ki, rəisin qərarı var”. Əlavə edilir ki, qatil, revanşist general Seyran Ohanyanın pilləkənləri qalxmaqda problemi var, çünki 44 günlük  müharibədə ayağının birini itirib...
 
Qeyd edək ki,  44 günlük müharibənin sonlarında “hərbi komendant” kimi Şuşanın “müdafiə”sini üzərinə götürən uşaq qatili Seyran Ohanyan Azərbaycan Ordusunun şəhərə yaxınlaşdığını eşidən kimi ərazidən qaçarkən ağır yaralanmış və sonradna ayağının biri amputasiya olunmuşdu.
 
Xatırladaq  ki, dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan Seyran Ohanyanı yersiz və təhqiramiz çıxışlarına görə parlament tribunasından qovub.
 
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
moderator.az

1Источники