RU

Çimaev UFC döyüşündən İMTİNA ETDİ

Birləşmiş Ərəb Əmirliklərini ( BƏƏ ) təmsil edən qarışıq döyüş növləri (MMA) döyüşçüsü Khamzat Çimaev "Ultimate Fighting Championship" (UFC) üzrə avstraliyalı Robert Uittaker ilə döyüşdən imtina edib. SİA xəbər verir ki, bu barədə insayder Benni P "X" sosial şəbəkəsində məlumat verib.

Çimayevin döyüşdən imtina etməsinin səbəbləri açıqlanmır. Mənbənin sözlərinə görə, onu fransalı döyüşçü Nassurdin İmavov əvəz edə bilər. Uittakerə mümkün rəqib kimi rusiyalı İkram Əlisgərovun (Milliyətcə ləzgidir) da adı çəkilir.

Döyüş iyunun 22-də baş tutacaq UFC "Fight Night" turnirində baş tutmalı idi. Tədbirin ikinci ən vacib matçında ruslar Sergey Pavloviç və Aleksandr Volkov qarşılaşacaq.

30 yaşlı Çimaev peşəkar karyerasında 13 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. Əvvəllər idmançı İsveçdə oynayıb, indi isə BƏƏ və "Qroznı Axmat" komandasını təmsil edir.

Uittaker 32 döyüşdə 25 qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
sia.az

1Источники