RU

"Ermənistan danışıqlar porsesinin gedişatından razıdırsa..." - Paşinyanın açıqlamasına REAKSİYA

“Biz sülh müzakirələrinin hansı detallarından söhbət getdiyinə dair məlumatsızıq. Lakin bununla belə Ermənistan danışıqlar porsesinin gedişatından razıdırsa, elə qoy bundan sonrakı addımları da onlar atsın".

Bu barədə Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə Ermənistanın Baş naziri Nikol Paşinyanın "Azərbaycanla bir aya sülh müqaviləsinin imzalanması mümkündür" açıqlamasına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, problemin tam həll edilməsinə, sülh müqaviləsinin tam imzalanmasına qədər müəyyən məsələləri razılıq yolu ilə həll etmək lazımdır.

"Azərbaycan burada beynəlxalq hüquq və normalarını əsas götürərək danışıqları davam etdirir. Prinsip etibarilə, Ermənistanın öz konstruktivliyini daha da artırması kifayət edir ki, sülh müqaviləsini uzaq müddətə deyil, daha yaxın dövr ərzində imzalamaq mümkün olsun”, - deyə Mirzəzadə qeyd etdi.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
redaktor.az

1Источники