RU

Tanınmış model qızı haqqında yeni iddia səsləndirdi

Dəniz Akkaya dövlət tərəfindən qorumaya alınan qızının otağında ikinci telefon tapdığını açıqlayıb. SİA xəbər verir ki, telefonun fotosunu çəkib səhifəsində yayımlayan məşhur təəccübünü gizlədə bilməyib. "Ağlımı itirmək üzrəyəm. Həyatımda ilk dəfədir qızımın otağını yoxlamaq qərarına gəldim və ikinci telefon tapdım. Məndən gizlin başqa bir telefon da işlədirmiş. Analıq haqqında bildiyim hər şey darmadağın oldu, bütün inamım qırıldı. Təzə telefondur və yenə kilidlidir. Amma üzərində öz adı var. Allah, ağlıma diqqət yetir" deyə o bildirib.

Xatırladaq ki, model bir müddət öncə 16 yaşlı qızı ilə şiddətli dava yaşamışdı. Buna səbəb qızının telefonunu əlindən alması olmuşdu. Akkaya onu balkona kilidləyən qızını sakitləşdurmək üçün polis çağırmışdı. 16 yaşlı qız anası ilə yaşamaq istəmədiyini dediyi üçün dövlət tərəfindən himayəyə götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
sia.az

1Источники