RU

Qərb ölkələri arasında Ukrayna pilotlarının hazırlanması ilə bağlı narazılıq var

Qərb ölkələri arasında Ukrayna Silahlı Qüvvələrinin pilotlarının hazırlanması ilə bağlı narazılıq var.

APA Amerikanın “Politico” qəzetinə istinadən xəbər verir ki, rəsmi Kiyev Qərb və Avropada təlim proqramlarının artırılmasını və daha çox ukraynalı pilota təlim keçilməsini tələb edir.

Bununla belə, ingilis dili bilikləri və təlimlərdə pilotlar üçün uçuş proqramı ilə bağlı yaranan çətinliklər səbəbilə pilotlar hələ F-16 qırıcılarını idarə etməyə hazır deyillər.

Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi ukraynalı pilotların F-16-nı idarə etməsi üçün təlim proqramının kifayət etmədiyini və cüzi olduğunu bildirib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun isə bildirib ki, Ukraynaya təkcə pilotlar lazım deyil. Texniki qulluqçuların saxlanması və təlimi də bu prosesin əsas hissəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
apa.az

1Источники