Argentinalı hücumçu Lionel Messi Fransanın PSJ klubunda çıxış etdiyi zaman qonşuları ilə problemlərlə üzləşdiyini deyib.
O, bu haqda ESPN-ə danışıb.
“Parisdə qonşular axşam saat doqquz-onda qapını döyürdülər. Deyirdilər ki, mənim uşaqlarım futbol oynamasın. Qonşular bizi narahat edirdi. Bu, meydandakı çıxışlara təsir etdi”, - deyə Messi bildirib.
Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, ikiqat Fransa çempionu olub. O, karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirir.
Mənbə: qafqazinfo.az
Digər İDMAN xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az