RU

AFFA ilə Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti açıqlanıb

AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Hacıyev 70 yaşlı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: "Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Əlavə edək ki,  Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.

Избранный
58
11
90deqiqe.az

10Источники