RU

"Ara" da, xəstə də sən özünsən" - SİMONYAN OHANYANA...

Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Assambleyasının iyunun 13-də keçirilən iclasında vəziyyət yenidən gərginləşib.

“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan Milli Assambleyanın sədri Alen Simonyanı tənqid edib. O, sonuncunu müxalifət deputatlarına qarşı qərəzli münasibətdə ittiham edib. Parlamentarinin sözlərinə görə, Simonyan faktiki olaraq onların Milli Assambleyaya girişini məhdudlaşdırıb.

Parlament rəhbəri isə cavabında bunların hamısının yalan olduğunu, bununla bağlı heç kimə göstəriş vermədiyini bildirib. Lakin ona “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan cavab verib. Sonuncu Simonyanın yanına gedib və vəziyyəti izah etməyə çalışıb. Sədr aqressivlik nümayiş etdirərək həmkarını dinləməyib. O, Ohanyanı yalan danışmaqda ittiham edib və ondan aşağı enib yerini tutmasını tələb edib.

“Sən yalan danışırsan. Rədd ol. Podiumdan enin. Sənin burada olmağa haqqın yoxdur. İndi sizə deyəcəm və bura ümumiyyətlə icazə verilməyəcək. Aşağı düş. Get burdan”, - deyə Simonyan Ohanyana üzünü ikrahla bildirib.
Bu davranışı müxalifət fraksiyasının rəhbərini qane etməyib və o deyib: “Ara, bunlar xəstədir ki...”

Yaxınlıqda olan Simonyan bunu eşidib daha da hirslənib. Ermənistan parlamenti sədrinin qəzəbinə Milli Assambleyanın vitse-spikeri Akop Arşakyan da dəstək verib.

Ohanyan gedəndən sonra Simonyan qışqırıb: “Ara" da, xəstə də sən özünsən”.

Ləman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
hafta.az

1Источники