RU

Naxçıvanda ötən ay 2 kəhriz, 62 subartezian quyusu təmir edilib

Ötən ay muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri aparılıb. Bu məqsədlə Ordubad rayonunda Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Baş Dizə kəndinə 300 metr uzunluğunda yeni sugətirici boru xətti çəkilib. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən SİA-ya Naxçıvan bürosuna bildirilib ki, may ayında 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 130 metr kürə təmizlənib, 17 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 62 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Ordubad rayonunun Düylün kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 subartezian quyusunun qazma işləri yekunlaşıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 58 evin içməli su, 388 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
sia.az

1Источники