RU

"Azərbaycanda yaşayacağıq, oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq" - Fernando Santuş

Bu gün millimizin yeni baş məşqçisi Fernando Santuşun təqdimat mərasimi keçilirib.

Portuqaliyalı mütəxəssis bu çərçivədə baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. O, AFFA-nın göstərdiyi etimada görə şad olduğunu bildirib:
"Hər kəsi salamlayıram. Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm. Qərarımı qətiləşdirməkdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün burdayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam. Layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidi. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram. Daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün burdayam".

Santuş hədəfin 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq olduğunu vurğulayıb:
"Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidi. Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq. Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdı. Yığmanın son iki matçına da baxmışam. Daha əvvəl də Bakıya gəlmişəm. Mən statistikaya çox diqqət yetirmirəm. Qol vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq".

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
football-plus.az

1Источники