RU

''Fənər'' 11-ci çempionluğunu qazandı, Yasekyaviçyus tarixə düşdü

Basketbol üzrə Türkiyə çempionatında dünən mövsümə yekun vuruldu.

Final seriyasında 2:1 öndə olan ''Fənərbaxça'' 4-cü oyunda doğma ''Ülkər Spor'' arenada ''Anadolu Efes''i qəbul etdi. ''Fənər'' qalib gələcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcəkdi. Oyuna 11:0-lıq seriya ilə başlayan Şarunas Yasekyaviçyusun komandası ikinci çeyrəyin gedişində hətta 20 xallıq (32:12) üstünlük yaxaladı. Amma ''Anadolu Efes'' mükəmməl bir geridönüşlə 3-cü çeyrəkdə hətta hesabda önə də keçdi. Nəticədə əsas vaxt bərabərliklə (64:64) yekunlaşdı. Uzatma dəqiqələrində isə Naycel Hayes-Devis liderlik keyfiyyətlərini nümayiş etdirdi. ''Fənər''in amerikalı ulduzu ''uzatmalarda'' 12 xal toplayaraq komandasının 80:72 hesablı qələbəsində böyük rol oynadı.

Beləliklə, ''Fənər'' tarixinin 11-ci çempionluğunu qazandı. Komanda bu mövsüm həm də ölkə kubokuna sahib çıxmış və üstəlik Avroliqada ''Final four''da oynamağa haqq qazanmışdı. Daha öncə ''sarı-lacivərdlilər''də 2010/11-də oyunçu kimi çempion olan Yasekyaviçyus adını tarixə yazdırdı. O, ''Fənərbaxça''da həm oyunçu, həm də məşqçi kimi çempionluq sevinci yaşamış ilk isim oldu. Xatırladaq ki, Yasekyaviçyus mövsümün gedişində, Dimitris İtudisin istefaya göndərilməsindən sonra baş məşqçi postuna gətirilmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
football-plus.az

1Источники