RU

Elektron siqaret qanlı ağız yaralarına səbəb olur –Qorxunc görüntülər

Son illərdə siqaretə alternativ olaraq məşhurlaşan elektron siqaretlər qorxunc sağlamlıq probleminə səbəb olur.

Medicina.az xəbər verir ki, elektron siqaretə görə ağzında müxtəlif yaralar əmələ gələn xəstələrin fotoları insanları dəhşətə salıb.

İndoneziyada yaşayan gənc qadının elektron siqaretə görə ağzında qanlı yaralar yaranıb. Adı açıqlanmayan 22 yaşlı qadın ağrı səbəbilə yeyib-içə bilmədiyi üçün həkimə müraciət edib. Həkimlər xəstədə herpes olmasından şübhələniblər, lakin testlər mənfinəticələnib.



Həkimlər qadından son zamanlarda həyat tərzində hansı dəyişikliklərin olduğunu soruşduqda, o, təxminən bir il əvvəl elektron siqaretdən istifadə etməyə başladığını deyib.

Həkimlər ona ağızda və ağız ətrafında nadir allergik reaksiyaya bənzər bir dəri problemi olan eritema multiforme (EM) diaqnozu qoyublar.

ABŞ-ın tibb jurnallarından birinə hadisəni ətraflı izah edən akademiklər xəstəliyin böyük ehtimalla elektron siqaretlərlə əlaqəli olduğunu söyləyiblər.

Onlar qeyd ediblər ki, eritema multiforme elektron siqaretlərin tərkibində olan bəzi maddələr, məsələn, propilen qlikol, qliserin, nikotin, ləzzətləndiricilər və ya digər toksinlər nəticəsində yarana bilər.

Eritema multiforme hər il ABŞ-da təxminən 200 min insana təsir edir. Bu, adətən, herpesdən və ya bakteriyadan, yaxud göbələk infeksiyalarından qaynaqlanır.

Simptomlara oynaq ağrısı, qızdırma və qaşınma, həmçinin qaşınan və ağrılı olan çəhrayı-qırmızı lezyonlar daxildir.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
medicina.az

1Источники