RU

Avstraliya Qəzzaya 6,6 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliya Qəzzaya humanitar yardımın alınması üçün 6,6 milyon dollar ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.

“Vəsait Qəzzada aclıq təhlükəsi ilə üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına göndəriləcək”, -deyə açıqlamada bildirilib.

Vonq qeyd edib ki, Kanberra bu günə qədər Fələstin anklavının əhalisi üçün ərzaq, su və zəruri malların alınmasına 47 milyon dollardan çox vəsait ayırıb və bölgəyə əlavə dəstək verməyə hazırdır.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
150
banco.az

1Источники