RU

Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək

Fransa hökumətinin bu yaxınlarda Yeni Kaledoniyada əsas insan haqlarını pozması Paris hökumətinin BMT Baş Assambleyasının xarici ölkələrin müstəmləkəsizləşdirilməsinə dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.

Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iyunun 13-də “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda keçirilən dəyirmi masa müzakirələrində deyib.

A.Abbasov bildirib ki, öz müqəddəratını təyinetmə hüququ fundamentaldır və Bakı Təşəbbüs Qrupu xalqının daha yaxşı, ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir.

“Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildirir və onların seçicilərin sıralarının genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğvini tələb edirik. Biz Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək azadlığını təmin etməyə çağırırıq”, - deyə A.Abbasov bildirib.

Diqqətə çatdırılıb ki, konfransın məqsədi Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasını müzakirə etməkdir.

Qeyd edək ki, tədbirdə Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox mülki şəxsin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. 

Belə ki, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
yeniazerbaycan.com

1Источники