RU

“Qarabağ” rəhbərliyindən və Qurban Qurbanovdan xahiş etdik ki...” – AFFA-dan cavab

Bu gün millimizin yeni baş məşqçisi Fernando Santuşun təqdimat mərasimi keçirildi.

Portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavabladı. Diqqətçəkən məqam isə onun dediklərini “Qarabağ”ın tərcüməcisi Elvar Quliyevin tərcümə etməsi oldu. Görəsən, Elvar bəyin yeni iş yeri AFFA-dı? Yoxsa o, məhz bu tədbir üçün tərcüməçilik etdi?
Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Qarabağ” rəhbərliyi və baş məşqçisi Qurban Qurbanovdan xahiş etdik ki, Elvar bəy portuqal dilini bildiyi üçün mərasimdə iştirak etsin. Sadəcə, bu tədbir üçün belə addım atdıq. Çünki vaxt azlığına görə futbolu bilən tərcüməçi tapmaq çətin idi. İşin həll edilməsi yönündə xidmətlərinə görə hər birinə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, Elvar Quliyev 2017-ci ildən Ağdam təmsilçisinin tərcüməçisidi.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
football-plus.az

1Источники